Türkiyənin İstanbul şəhərində "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının idarə heyətinin iclası keçiriləcək. SİA-nın xəbərinə görə, oktyabrın 14-ü keçirilməsi nəzərdə tutulan iclasda təşkilatın sədri, millət vəkili Fuad Muradov, sədr müavinləri, idarə heyətinin üzvləri və Nəzarət-Təftiş Komissiyası iştirak edəcəklər. Görüşün iştirakçıları "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının 2013-cü il üzrə fəaliyyət planını, Baş katibin seçilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər. Görüşdə həmçinin idarə heyətinin üzvləri tərəfindən Prosedur Qaydaları və Nizamnamə üzrə İşçi qruplarının hesabatları təqdim olunacaq.
Qeyd edək ki, idarə heyətinin iclasından sonra ittifaq üzvləri TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən 14-16 Oktyabr tarixlərində İstanbulda keçiriləcək "Dövlətlərarası əməkdaşlığın inkişafi prosesində gənc liderlərin rolu" mövzusunda Beynəlxalq Konfransda da iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB