Gəncədə sovetlər dönəmindən qalan yaşayış binaları uzun illərdən sonra Avropa standartları çərçivəsində təmir edilir. Artıq Gəncənin mərkəzi küçələrində yerləşən hündür mərtəbəli binalarda işlərə start verilib. Şəhər icra hakimiyyəti başçısının göstərişi ilə Heydər Əliyev küçəsində yerləşən və Gəncənin mərkəz hissəsindəki 9 mərtəbəli binada abadlıq işlərin start verilib. Lahiyəyə görə, bina xüsusi tikinti materialları ilə üzlənəcək. Bu da Gəncəyə xüsusi gözəllik qatmaqdadır. İş icraçısı Rafiq Yusibovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, tikinti materialları Azərbaycanla yanaşı xarici dövlətlərdən xüsusi sifarişlə gətirilib. İşlərin yaxın müddətdə başa çatdırılması nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB