Azərbaycan Gənclər Fondu Moskvada

Azərbaycan Gənclər Fondu Moskvada

12-13 oktyabr 2012-ci il tarixində, Moskvanın "Holiday İnn Moskva Sokolniki" otelində Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) hesabat-seçki konfransı keçirilib. Fonddan SİA-ya verilən məlumata görə, konfransın ilk günündə Azərbaycan və Rusiyanın Gənclər Təşkilatları nümayəndələrinin dialoq və əməkdaşlıq görüşü baş tutub. Görüşün moderatoru Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə gəncləri salamlayıb. Tanışlıqdan sonra söz Azərbaycan Gənclər Fonduna verilib. Fondun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Nərminə Əliyeva Fondun təqdimatını keçirib, Fonda müraciət etmə, layihə təqdim etmə prosedur və qaydaları barədə ətraflı məlumat verib. Gənclər Fondunun fəaliyyəti Rusiyanın Gənclər təşkilatları nümayəndələrinin böyük marağına səbəb olub, gənclərin çoxsaylı sualları cavablandırılıb.

Daha sonra görüşün moderatoru Ş.Seyidzadə Rusiya və Azərbaycan gənclərinin birgə əməkdaşlığı məsələsinə toxunub, gəncləri gələcəkdə daha da sıx əlaqələr qurmağa, qarşılıqlı fəaliyyətə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə