Azərbaycan 199 ildir ikiyə bölünüb

Azərbaycan 199 ildir ikiyə bölünüb

1813 - Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu) yerləşən Gülüstan kəndində imzalanmış müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış xanlıqlarının ərazisi, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib. Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalıb. Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahın təmsilçisi Mirzə Əbülhəsən imzalamışdı. Müqaviləyə əsasən, İran Xəzər dənizində hərbi donanma saxlamaq hüququnu itirib, rus tacirləri İranda güzəştli tijarət (5%-lik gömrük tarifi) hüququ əldə ediblər.

1992 - Moskvada Rusiya və Azərbaycan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə imzalanıb. Prezidentlər Boris Yeltsin və Əbülfəz Elçibəy tərəfindən imzalanmıq sənəd iki ölkə arasında münasibətlərin sahmanlanmasını vəd etsə də, bu, baş vermədi.

2005 - Gürcüstanın Marneuli rayonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan hissəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri İlham Əliyev, Mixail Saakaşvili və Əhməd Necdət Sezər iştirak ediblər. 1768 km-lik kəmərin Gürcüstan hissəsi 249 km təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə