Bu gün Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) forumu öz işinə başlayır. Rusiyanın paytaxtı Moskvada keçirilən forumun açılışında AMOR-un sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, , İDEA beynəlxalq təşkilatının təsisçisi Leyla Əliyeva, o cümlədən Azərbaycan və Rusiyanın rəsmi nümayəndələri iştirak edəcəklər.
Bu gün həmçinin Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu ilə İDEA beynəlxalq təşkilatı arasında əməkdaşlığa dair razılaşma sənədinin imzalanma mərasimi keçiriləcək. Sənəd Rusiyanın və Azərbaycanın vəhşi təbiətinin qorunmasına dair bir sıra müddəaları özündə ehtiva edir. Bu sənəd Azərbaycan və Rusiyada təbiətin qorunması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək.
Konfransın ikinci günündə - oktyabrın 13-də isə qonaqlar 3 seksiyadan birində iştirak etmək şansı əldə edəcəklər. Burada isə onlar müasir gəncliyin aktual problemlərini müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB