Atəşkəs bir neçə istiqamətdə pozuldu

Atəşkəs bir neçə istiqamətdə pozuldu

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində, Ağdam rayonunun işğal olunmuş Mərzili, Yusifcanlı, Qaraqaşlı və Sarıcalı, Tərtər rayonunun Göyarx və Çaylı, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə