"Partiyamızın gənclərinin qanvermə aksiyası ilə bağlı təşəbbüsü çox təqdirəlayiqdir. Biz də bu təşəbbüsə qoşuluruq və bunu alqışlayırıq". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, gənclərin təşəbbüsü irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən uşaqlara böyük yardım edəcək.
"YAP və onun Gənclər Birliyi bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir. İnanıram ki, belə aksiyalara davamlı olacaq", - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB