Mini-futbol turnirinin qalibi müəyyən oldu

Mini-futbol turnirinin qalibi müəyyən oldu

YAP-ın 20 illiyi ərəfəsində Gəncə-Qazax zonası üzrə mini-futbol turnirinin qalibi müəyyənləşdi

Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin memarı olduğu və cəmiyyətimizdə güclü siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illiyi Respublikamızda böyük təntənə ilə qeyd olunacaq. Bu münasibətlə şəhər və rayonlarımızda genişmiqyaslı, silsilə tədbirlərin keçirilməsinə start verilib. SİA-nın məlumatına görə, YAP-ın öncül dəstələrindən olan və hazırda öz sıralarında 26 min nəfəri birləşdirən Gəncə şəhər Təşkilatında da partiyanın yubileyi ilə bağlı tədbirlər planı hazırlanıb.

Bu tədbirlər planı çərçivəsində YAP-ın yaradılmasının 20 illiyinə həsr edilmiş Futzal turnirinə start verilib. Artıq bölgələrdə YAP şəhər və rayon təşkilatlarının partiya gənclərindən ibarət komandaları arasında yarışlar keçirilir.

Oktyabr ayının 6-da Gəncə şəhərində Gəncə, Tovuz, Gədəbəy, Naftalan, Samux, Kəlbəcər, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Göygöl şəhər və rayonlarından mini-futbol turnirində iştirak edəcək komandaların məsul şəxsləri arasında püşkatma mərasimi keçirilib. YAP-ın Qərb zonası üzrə şəhər və rayon təşkilatları gənclər birliklərini təmsil edən gənclər püşkatmanın nəticələrinə uyğun olaraq yarışlara qatılıb. Yarış iki qrupa arasında keçiriləcək. A qrupa Tovuz, Gədəbəy, Naftalan, Samux, Kəlbəcər, AA qrupa Gəncə, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Göygöl komandaları daxil olublar.

Mini-futbol turnirində iştirak edən komandaların oyunçuları YAP üzvləri olan gənclərdir. Oktyabr ayının 9-da Gəncə-Qazax bölgəsi üzrə yarış Gəncə şəhər futbol təmayüllü internat tipli gimnaziyanın stadionunda YAP-ın 20 illiyinə həsr olunmuş mini-futbol turnirinə start verilib. Yarışın açılışında çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri professor İsrafil İsmayılov Yeni Azərbaycan Partiyasının, ideyalarını fəaliyyət proqramı kimi qəbul etdiyi umummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirməsini, Partiyanın sədri, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsini, Azərbaycanın modern dövlət səviyyəsinə yüksəltməsi ilə insanların bu partiyaya olan inamını daha da möhkəmləndirməsini diqqətə çatdırıb.

Şəhər Təşkilatının sədri bu istiqamətdə keçirilən tədbirlərin gənclərin mənəviyyatında və vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyəti olduğunu vurğulayaraq tədbir iştirakçılarını, həmcinin idmançıları YAP-ın 20 yaranmasının illiyi münasibəti ilə təbrik edib, gənc futbolçulara yarışlarda uğurlar arzulayıb.

3 gün davam edən gərgin yarışda A və II qrup üzrə finala vəsiqə qazanmış Gəncə və Kəlbəcər komandaları finalda qarşılaşdılar. Gərgin mübarizə şəraitində keçən bu oyununda YAP Gəncə şəhər təşkilatı komandası qalib gələrək Gəncə-Qazax bölgəsi üzrə qalib oldu. Eyni zamanda Bakıda keçiriləcək Respublika birinciliyi yarışında iştirak edəcək.

Yarışda ikinci yerə çıxmış YAP Kəlbəcər rayon təşkilatının oyunçuları da YAP Gəncə şəhər təşkilatının İdarə Heyəti tərəfindən fəxri fərmanla təltif olundu, Turnirin qalibi YAP Gəncə şəhər təşkilatı komandasının üzvləri, məşqçiləri YAP Gəncə şəhər Təşkilatı tərəfindən mükafatlandırılmış, onlara qiymətli hədiyyələr verilmiş, YAP Gəncə şəhər Təşkilatının İdarə Heyəti tərəfindən fəxri fərmanı ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə