“Yaşamağa tələs dost” xeyriyyə aksiyası

“Yaşamağa tələs dost” xeyriyyə aksiyası

YAP Gənclər Birliyi irsi qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insanlar üçün qanvermə aksiyası təşkil edib

Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi növbəti davamlı aksiyalarından biri olan xeyriyyəçilik tədbirini həyata keçirib. SİA-nın xəbərinə görə, tədbirdə ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insanlar üçün qanvermə aksiyası təşkil edib.

Aksiyada Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı iştirak edib.

"Yaşamağa tələs dost" şüarı altında həyata keçirilən bu aksiya öncədən hazırlanıb və sosial şəbəkələrdə yerləşdirilib. Həmçinin könüllü şəkildə bu xeyirxah tədbirə qatılmaq istəyənlərin müraciəti qeydə alınıb.

Qeyd edək ki, aksiyaya sonradan qatılmaq istəyənlər bu xeyirxah missiyada bizlərə qoşula bilər.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə