ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində Hyustonda(ABŞ) Türk Mərkəsini və onun Azərbaycan bölümünü ziyarət edib və mərkəzin rəhbərliyi, Türk icmasının üzvləri və bir sıra türk kökənli diaspor təşkilatlarının liderləri ilə görüşüb. SİA-nın məlumatına görə, Qənirə Paşayeva mərkəzin Azərbaycan bölümünü, Azərbaycan dili və mədəniyyətini tədris edən bölmələri, Azərbaycan-Amerika Mədəniyyət Şurasının ofisini ziyarət edib və mərkəzi rəhbərliyinə həm belə bir möhtəşəm mərkəzin fəaliyyətinə görə həm də Azərbaycan bölməsinin yaradılması, Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin, həqiqətlərinin təbliği üçün mərkəzdə imkan yaratmalarına, Azərbaycan-Amerika Mədəniyyət Şurasına dəstəklərinə görə təşəkkür edib.
Görüş zamanı millət vəkili bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan bütün Türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma "erməni soyqırımı" yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.
Q.Paşayeva görüş zamanı ABŞ-da yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türk kökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB