Yeni kampaniya başladı

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İB internet xidməti ilə bağlı yeni kampaniyaya başlayıb. Birlik regionlarda bütün yaşayış məntəqələrinin sakinlərini sərfəli qiymətlərlə "aztelekom.net" internet provayderinin sürətli və keyfiyyətli genişzolaqlı internet xidmətindən istifadə etməyə dəvət edir.

Nazirlikdən SİA-ya verilən məlumata görə, kampaniya çərçivəsində bütün "aztelekom.net" istifadəçiləri 3 aylıq xidmət haqqını ödədikdə 4-cü ay internet xidmətindən pulsuz istifadə etmək imkanı qazanırlar. Gecə saatları (saat 00:00 – 08:00 arası) istifadə etdikləri paketdən asılı olmayaraq bütün abunəçilərə 10 meqabayt saniyə sürət təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə