"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev Hyustonda keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalında iştirak edib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, Texas ştatının Hyuston şəhərində Amerikalıların və Avrasiyalıların Türk Şurası tərəfindən təşkil olunan tədbirin əsas məqsədi türk xalqlarının mədəniyyəti, folkloru, tarixi, adət-ənənələrinin təbliği olub. Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstandan çoxsaylı nümayəndə heyətinin qatıldığı festival 5 gün davam edib.
Festivalın açılış mərasimində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, millət vəkili Qənirə Paşayeva, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, SOCAR-ın vitse-prezidenti Xalid Məmmədov, NOVCO Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi, çoxsaylı iş adamları və ictimai xadimlər iştirak edib. Açılış mərasiminə Hyuston şəhərinin meri və digər ABŞ rəsmiləri də qatılıb.
Qeyd edək ki, səfər çərçivəsində Rauf Mərdiyev Hyuston, Austin və Nyu Yorkda Azərbaycan və Türkiyə diaspora təşkilatları ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB