Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sumqayıt İdarəsində oktyabr ayı çağırışçılarının növbəti yolasalma mərasimi keçirilib. SİA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sumqayıt İdarəsinin rəisi, mayor Fəxrəddin İsmayılov çıxış edərək çağırışçıların hərbi xidmətə yolasalma mərasimi üçün lazımi şəraitin yaradıldığını bildirib. O, hərbi xidmətə yola düşəcək çağırışçılara vətənin keşiyində möhkəm durmağı, layiqli xidmət keçməyi tövsiyə edib.
Şəhər veteranlarının çıxışı hərbi xidmətə yola düşən gənclərdə unudulmaz və xoş anlar bəxş edib. Sonra isə valideynlər övladlarının vətənin keşiyində canla-başla duracaqlarından xoşbəxt və qürur duyduqlarını dilə gətiriblər.
Çağırışçılar da öz növbəsində vətən qarşısında borcun müqəddəs olduğuna diqqət çəkdilər. Daha sonra çağırışçılar müqəddəs kitabımız "Quran"ın altından keçib Azərbaycan bayrağını öpərək ordu sıralarına yola düşdülər.
Qeyd edək ki, oktyabr çağırışında 411 sumqayıtlı gənc hərbi xidmətə yola düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB