Füzuli Rayon Təhsil Şöbəsi "reket mətbuat"ın hədəfində

Füzuli Rayon Təhsil Şöbəsi "reket mətbuat"ın hədəfində

Bəzi Kütləvi İnformasiya Vasitələrində həqiqətə uyğun olmayan məlumatların dərc olunması sanki adət halını alıb. Belə "məlumatların" əksəriyyəti təbii ki, redaktorların imzası ilə işıq üzü görsə də, əslində kimlərinsə sifarişi ilə yerinə yetirilir və araşdırılmasına lüzum görülmür. Füzuli Rayon Təhsil Şöbəsi də belə əsassız yazıların qurbanına çevrilən obyektlərdən biridir. Məqalədə dərc olunub ki, guya təhsil şöbəsi müəllimlərə 20 manata elektron poçt açır.

SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Almaz xanım Həşimovanın fikirlərini öyrənib. A.Həşimova bildirib ki, elektron poçtun açılması hər bir şəxsin özünə aid olan məsələdir. Bunun Təhsil Şöbəsinə nə dərəcədə aidiyyəti olduğu başa düşüləcək deyil. Həmçinin yazıda göstərilən Füzuli rayon müəllimlərinin sayı şişirdilmiş şəkildədir. Belə məlum olur ki, bu yazılanlar ağ yalandır, böhtandan başqa bir şey deyildir. Bu cür böhtan xarakterli yazılar son dövrlərdə Füzuli Rayon Təhsil Şöbəsinin əldə etdiyi uğurlara kölgə sala bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə