Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi gözlənilir. Artıq Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi ölkədə daşınmaz əmlakın dövlət qeydiyyatı sisteminin təkmilləşdirilməsi istiqamətində yeni normativ-hüquqi sənədlər hazırlayır. Komitə sədrinin müavini Rafiq Cəlilovun sözlərinə görə, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan məhz bu addımlar nəticəsində qeydiyyat prosesinin sadələşdirilməsi nəzərdə tutulur.
Rafiq Cəlilov bildirdi ki, "Reyestr haqqında" qanunda dəyişikliklərlə bağlı layihə hazırlayıb hökumətə təqdim edilib. Qeydiyyat proseslərinin sadələşdirilməsi və müddətlərinin azaldılması ilə bağlı layihədə bir sıra təkliflər irəli sürülüb. Belə ki, məhdudlaşdırma haqqında (F1) arayışların verilməsi qanunvericilikdə 5 gün nəzərdə tutulmuşdursa, bu müddətin 1 günə, təkrar bazardan qayıdan əmlakların qeydiyyatına 20 gün nəzərdə tutulmuşdursa, bu müddətin 7 günə, ipotekaların qeydiyyatı ilə bağlı sənədlərin verilməsi 5 gün nəzərdə tutlmuşdursa, bu müddətin 3 günə qədər azaldılması təklif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB