Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölkənin qərb bölgəsində növbəti yoxlamalara başlanılıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, Ağstafa və Qazax rayonlarında aparılan monitorinqlər zamanı əsas qida məhsulu olan çörək məhsullarının necə hazırlanması ilə bağlı monitorinq keçirilib. Sözün həqiqi mənasında olduqca yararsız vəziyyətdə bişirilən çörək məhsulları sonradan əhaliyə satılır. Dövlət rəsmiləri tərəfindən çörək sexinin fəaliyyətinə qadağa qoyulub. Faktla bağlı müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Növbəti monitorinq limonad sexində həyata keçirilib. Burada da vəziyyət elə də ürəkaçan olmayıb. Mənşəyi məlum olmayan şirələrin üzərinə saxta etiketlər vurulub. Müəssisənin rəhbəri isə ümumiyyətlə üzə çıxmayıb. Qanun çərçivəsində limonad sexini işlədən şəxsə iradnamə və tələbnamələr yazılıb, məhsulların satışına qadağa qoyulub.
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərb bölgəsində apardıcı monitorinqlər davam edir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB