“Sport favorit” qəzeti idman mövzusunda müsabiqə elan edir

“Sport favorit” qəzeti idman mövzusunda müsabiqə elan edir

Zərdabi Mətbuat Mərkəzi və "Sport favorit" qəzeti idman mövzusunda müsabiqə elan edir

Müsabiqənin məqsədi:

Müsabiqə Zərdabi Mətbuat Mərkəzinin və "Sport favorit" qəzetinin "İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində reallaşdırılır. Məqsəd ölkənin qeyri-idman KİV-lərində -qəzetlərdə, informasiya agentliklərində idman mövzusunun müntəzəm, operativ, yüksək peşəkarlıqla işıqlandırılmasını daha da stimullaşdırmaqdan, ictimaiyyətin bu sahədə dolğun yaradıcılıq nümunələrinə olan tələbatının ödənilməsinə, ixtisaslaşmanın dərinləşməsinə kömək göstərməkdən ibarətdir. Müsabiqə İdman ilinə həsr olunur və 2012-ci ilin oktyabrından 20 dekabr 2012-ci ilədək davam edəcək.

Müsabiqə mövzuları:

- Azərbaycan idmanı İdman ilində - uğurlar, problemlər və həlli yolları – analitik yazılar;

- Zirvəyə doğru – Olimpiya, dünya, Avropa birinciliklərinin və digər mötəbər beynəlxalq yarışların qalibləri, mükafatçıları və məşqçilər barədə yazılar;

- İdman komandalarımız – reportaj, araşdırma, zarisovka, məqalə;

- Kütləvilik devizimizdir – analitik yazılar;

- Bölgələrdə idman – mövcud durum və inkişaf perspektivləri – analitik yazılar.

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə təqdim edilən materiallar qeyri-idman qəzetlərinin birində dərc olunmalı, yaxud informasiya agentliyində yayımlanmalıdır;

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edilə bilər;

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, adı Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən KİV-lərdə dərc edilməlidir.

4. Yazıda dil məhdudiyyəti nəzərdə tutulmur;

5. Yazının Zərdabi Mətbuat Mərkəzinin və "Sport favorit" qəzetinin idman mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçün qeydi göstərilməlidir;

6. Yazının dərc olunduğu media orqanı (1 nüsxə), A4 formada çap (3 nüsxə) və elektron (Times New Roman şriftində, diskdə) variantları təqdim olunmalıdır;

7. Yazılara həcm məhdudiyyəti qoyulmur;

8. Yazılar şəxsən 2012-ci il 15 sentyabr tarixindən 20 dekabr 2012-ci il tarixləri arasında, rəsmi iş günləri saat 10..00-dan 16.00-dək Zərdabi Mətbuat Mərkəzinə (Bakı şəhəri, Teymur Əliyev – 38) Əlaqə telefonları 055 221 83 33; 012 441 35 96; 012 440 93 52; 070 224 03 94.

Yazılarda üstünlük veriləcəkdir:

- Mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- Materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- Yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- Jurnalist peşəkarlığı;

- Jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

I yer - 500 manat

II yer - 300 manat

III yer - 200 manat

Üç həvəsləndirici mükafat – hər biri 100 manat.

Qaliblər Zərdabi Mətbuat Mərkəzinin və "Sport favorit" qəzetinin xüsusi diplomu ilə təltif olunacaqlar. Bundan əlavə müsabiqədə fərqlənən KİV-lər də diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə