Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı

Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı

Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri, eləcə də respublikanın qadın ictimaiyyətinin nümayəndələri, tanınmış elm xadimləri, ziyalılar İkinci Fəxri Xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət etdilər. SİA-nın məlumatına görə, Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxış edərək anadan olmasının 73 illiyi qeyd edilən görkəmli alimin keçdiyi mənalı həyat yolundan, müasir ərəb ədəbiyyatının tədqiqində gördüyü işlərdən söz açıblar. Çıxışlarda alimin dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyi vurğulandı, onun elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlər qeyd edildi.

Alimin məzarı önünə Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri adından əklillər qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə