SAM-ın eksperti beynəlxalq sammitdə iştirak edəcək

SAM-ın eksperti beynəlxalq sammitdə iştirak edəcək

SAM-ın eksperti Türkiyədə keçiriləcək 3-cü "Beynəlxalq Türkiyə Enerji" Sammitində iştirak edəcək. SAM-dən SİA-ya verilən məlumata görə, 11-12 Oktyabr 2012-ci il tarixlərində Kayseridə, Türkiyə Respublikasının "Energetika və Təbii Sərvətlər" Nazirliyinin dəstəyi ilə 3-cü "Beynəlxalq Türkiyə Enerji" sammiti keçiriləcək. Türkiyə Respublikasının Prezidenti Abdulla Gülün açılışda əsas məruzəçi kimi və Türkiyənin Energetika naziri Taner Yıldızın isə protokol nitqi ilə çıxış edəcəyi planlaşdırılır.

Eyni zamanda çıxış edənlər arasında Prof. Ümit Doğay Arınç, "Türkiyə Enerji" sammiti simpoziumunun rəhbəri Selahattin Hakman, "Sabancı Holding Energy Group"-un prezidenti Dr. Vilyam Şuber, "EWE"-nin sədri Prof. Dr. Nurettin Kaldırımcı,"Competition Authority"-nin prezidenti Hasan Köktas, EMRA (EPDK) prezidenti Rifat Hisarcıklıoglu, UCCE (TOBB) prezidenti Mehmet Özhaseki, Kayseri Metropoliteninin Mayoru Mücahit Fındıklı olacaq.

Qeyd edək ki, sammitdə Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Gülmira Rzayeva "Tranzit boru kəmərləri və Türkiyənin Enerji qovşağında rolu" mövzusunda çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə