Bu gün Bakı Dövlət Universitetində görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 73 illiyi ilə əlaqədar ərəb filologiyası sahəsində məqalə müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə BDU rektoru Abel Məhərrəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, alimin qızı filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva və digər ictimai siyasi xadimlər iştirak edib. Tədbiri giriş sözü ilə açan Abel Mərhərrəmov görkəmli alim Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb. Hicran Hüseynova isə 20 il öncə dünyasını dəyişən alimin keçdiyi həyat yolundan zəngin və dəyərli elmi fəaliyyətindən bəhs edib. Nərgiz Paşayeva isə qeyd edib ki, gələcək nəsillər xüsusilə şərqşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı Aida İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək və onun şərəfli ömür yolunu yenidən öyrənəcək.
Qeyd edək ki, tədbirdə alimin həyatına həsr olunan filmin nümayişi keçirilib. Sonda isə Aida İmanquliyevanın 73 illiyinə həsr olunan ərəb filologiya sahəsində məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB