Paytaxtda daha bir yeraltı piyada keçidi inşa olunur. "Azəryolservis"in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Alı Mustafayev küçəsində, 3mkr bazarının qarşısında yeraltı piyada keçidinin tikintisinə başlanılıb. Layihə Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Salamzadə küçələri ilə kəsişməsində nəzərdə tutulan müxtəlif səviyyəli yol qovşağının tikintisi çərçivəsində həyata keçirilir. Piyadaların təhlükəsizliyi məqsədilə inşa olunan piyada keçidi 4 giriş-çıxışdan ibarət olacaq.
Bununla belə, Bakıda dəmir yolu üzərində yerləşən Cavanşir yolötürücüsünün (keçmiş Qaqarin körpüsü) təmirinə başlanılıb. 1962-ci ildə inşa olunan yolötürücüsündə bu günə qədər əsaslı təmir işləri aparılmayıb. Uzun müddət istismarda olan 12 aşırımlı yolötürücüsünün ümumi uzunluğu 203m, eni isə 17 metrdir. Hazırda dayaqların və rigellərin gücləndirilməsi işləri gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB