2012-ci ilin sentyabr ayı ərzində 3,245,873 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) SİA-ya verilən məlumata görə, bu dövrdə 655 PHS və 3 ədəd piyada və 16 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 203,706,098 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 674,107-dir.
Qeyd edək ki, agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Xocavənd, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB