ATGTİ Moskvada

ATGTİ Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Forumunda təmsil olunacaq

Cari ilin 12 - 13 oktyabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Forumu keçiriləcək. ATGTİ-dan SİA-ya verilən məlumata görə, forumda Azərbaycanın ictimai-siyasi sahəsini, QHT və digər stukturlarını təmsil edən gənclər və hər iki ölkənin dövlət rəsmiləri iştirak edəcəklər.

Forumda ölkəmizi təmsil edəcək nümayəndə heyətinin tərkibində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat katibi Məcid Musayev də var. "Sosial media və gənclik" sahəsi üzrə keçiriləcək panel iclaslara qatılacaq ATGTİ nümayəndəsi, ölkəmizdə sosial media sahəsinin inkişafında gənclərin rolu haqda danışacaq, digər gənc jurnalistlər və mətbuat nümayəndələri ilə təcrübə mübadiləsi həyata keçirərək, ATGTİ-nin fəaliyyətinin yerli və beynəlxalq KİV-lərdə işıqlandırılması haqda məlumat verəcək.

Forum çərçivəsində gənclər siyasətinin müxtəlif aspektləri müzakirə olunacaq, Rusiyanın ali təhsil müəssisələrinin tələbələri ilə görüşlər keçiriləcək.

Qeyd edək ki, bu günə qədər ATGTİ-nin fəalları 30-dan çox beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə