Yeni Parkın açılışı olub

Sumqayıtda "Bələdiyyə parkı" yenidən təmir olunaraq sakinlərin istifadəsinə verilib. Sumqayıt Bələdiyyəsindən SİA-ya verilən məlumata görə, istirahət mərkəzi 67 min kv.m sahəni əhatə edir. Park ərazisinə görə, respublikada ən böyük Bələdiyyə parkıdır. Yenidənqurma zamanı parkın ərazisinə 19000 kv.m qazon əkilib, 21358,0 kv.m estetik cəhətdən daha gözəl tamet plitələr döşənib, 4802 p/m səki daşları düzülüb, 125 kv.m mərmər təbəqələr sərilib, göz oxşayan yeni konstruksiyalı fəvvarə və 70 yeni estetik cəhətdən daha gözəl işıqlandırma sistemi quraşdırılıb. Parkda uşaqların da istirahəti nəzərə alınıb. Belə ki, onlar üçün müxtəlif əyləncə obyektləri salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə