“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qaydaları”

“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qaydaları”

"Azərbaycanda gələn il "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qaydaları" təsdiq ediləcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov deyib.

"Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı pilot layihələri bu ilin sonunda yekunlaşdırılacaq və onların nəticələri nəzərə alınaraq "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qaydaları" təsdiq ediləcək", - deyə o bildirib.

Komissiya sədri qeyd edib ki, 2013-cü ildən bütün dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək: "Xidməti fəaliyyətin qiymətləndirilməsi ilk növbədə kadrların dövlət qulluğunda yüksəlişi üçün lazımdır. Bu qiymətləndirilmə ilə həmçinin dövlət qulluqçularının təlimlərə olan ehtiyyacları müəyyən ediləcək".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə