Azərbaycanda Dövlət Qulluğu Strategiyası hazırlanacaq. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov bildirib.
"Strategiyada Dövlət Qulluğunda yaxşı idarəçilik metodları, elektron hökumət, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət qulluqçularının ixtisaslarının və potensiallarının artırılması öz əksini tapacaq", - deyə komissiya sədri bildirib.
B.Xəlilov qeyd edib ki, hazırda Komissiya Strategiya və Dövlət Qulluğu Məcəlləsi üzərində işləyir: "Strategiyada ölkədə dövlət qulluğunun həyata keçirilməsinin inkişaf yolu əks olunacaq".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB