“Sahil” stansiyasında ciddi problem!

“Sahil” stansiyasında ciddi problem!

Bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin "Sahil" stansiyasında problem yaşanıb. SİA-nın məlumatına görə, üç cərgəli ekskalatorlardan birinin işləməməsi stansiyada müəyyən problemlərə yol açıb. Belə ki, xeyli sayda insan stansiyada gözləməli olub və bu da nəticədə kütləvi izdiham yaradıb. Bakı Metropoliteninin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda texniki nasazlıq aradan qaldırılıb və ekskalatorların hərəkəti tam bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə