Ramil Səfərov evləndi

Toyda çəkilişə icazə verilməyib, restoran nəzarətə götürülüb

Ötən axşam Bakıdakı restoranlardan birində Ramil Səfərovun toyu keçirilib. Verilən məlumatına görə, toyda az sayda olan xüsusi qonaqlar iştirak edib. Mərasimdə olan bütün şəxslərin mobil telefonları alınıb. Restoran ərazisi xüsusi nəzarətə götürülüb. Təhlükəsizlik ən yüksək şəraitdə təmin olunub.

Əlavə video çəkilişlərə, eləcə də mobil telefon çəkilişinə imkan verilməyib. Toyda həmçinin yüksək səviyyəli dövlət adamlarının iştirak etdiyi də bildirilir.

Qeyd edək ki, Ramil Səfərov Şəbnəm Gülməmmədova ilə evlənib.

Bir neçə gün əvvəl isə mətbuatda cütlüyün evlilik xəbəri yayılsa da, ailəsi bunu inkar etmişdi. Nəhayət, toy baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə