Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Xocalı hava limanının istismara verilməsi ilə bağlı addımına Beynəlxalq Mülki Aviasiya Təşkilatı münasibət bildirib. Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı artıq Ermənistanın bu əməlindən xəbərdardır və bununla bağlı 2-3 həftə ərzində təşkilatın iclası keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirlyi də Xocalı hava limanında fəaliyyət göstərən bütün beynəlxalq şirkətlərə xəbərdarlıq edib. Onlardan Azərbaycanın işğal olunmuş ərazilərində öz qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmaları tələb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB