Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci il dönümü münasibətilə Şəmkir rayonunda silsilə tədbirlər davam etdirilir
Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı, rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayonun yeniyetmə oğlan və qızları arasında Marş yürüşü keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolundan danışıb. Ümummilli Lider Heydər Əliyev fenomeninin böyüklüyündən, iqtidar Partiyasının dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən bəhs etdi. Yeni Azərbaycan Partiyasının ölkənin ən güclü siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini ön plana çəkən F.Vəliyev, Ulu Öndərin siyasi xəttinin, ideyalarının bu gün Prezident, YAP sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb.
Sonra tədbirdə çıxış edən, rayon Gənclər və İdman İdarəsinin rəisi Pərvin Gözəlova partiyanın keçdiyi çətin və şərəfli yola nəzər salıb. Öz ətrafında əsl vətənpərvər insanları birləşdirən partiyanın ölkənin ictimai-siyasi həyatındakı fəal rolundan bəhs edib. Bildirib ki, 20 il bundan əvvəl YAP-ın yaranması müasir Azərbaycanın yeni tarixində ən mühüm hadisələrdən biridir. Bunu Azərbaycanın bu günü, əldə edilmiş böyük uğurlar, ölkəmizin partiya yarandığı dövrdəki və indiki vəziyyəti arasında yaranmış yerlə göy qədər fərq sübut edir.
Sonra çıxış üçün söz Rayon Təhsil Şöbəsinin fiziki tərbiyə işləri üzrə metodisti Südabə Vəliyevaya verildi.
S.Vəliyeva bildirib ki, bu partiya keşməkeşli günlərdə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşən bir qrup ziyalının təşəbbüsü ilə yaradılıb. S.Vəliyeva sonra qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarından qaynaqlanan, Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz uğurlara imza atan Azərbaycanda YAP-a insanların böyük inamı var və bu, hələ uzun illər davam edəcək. Bunu YAP-ın Azərbaycan tarixində heç bir siyasi təşkilatın əldə edə bilmədiyi uğurlara imza atması təsdiq edir.
Tədbirin sonunda çıxış edənlər iqtidar partiyasının dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışdılar, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı fəal rolunu xüsusi qeyd etdilər.
Tədbirin sonunda qalib gəlmiş oğlanlar və qızlar YAP Şəmkir rayon təşkilatının xüsusi diplomu, fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB