Respublika Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər Şöbəsində xüsusi qayğıya ehtiyac duyan vətəndaşların bilik bacarıqlarının artırılması üçün kompyuter kurslarının açılışı olub. Artıq fiziki qüsurlu insanlar yaradılan imkanlardan istifadə edir. Yuxarıda adıçəkilən qurumun Gəncə şəhər Şöbəsinin sədri Elmira İsmayılovıanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, mərkəzdə kompyuter kursları ilə yanaşı müxtəlif peşələr də öyrədilir ki, bu da əlil olan şəxslərin qabiliyyətini üzə çıxarmaqla yanaşı, onların maddi təminatını da yaxşılaşdırmış olacaq.
Bu günlərdə isə Respublika Əlil Qadınlar Cəmiyyətinin xətti ilə bir qrup nümayəndə heyəti Polşa və digər ölkələrdə təcrübə mübadiləsi keçib. Məqsəd Avropa dövlətlərində əlil olan insanların həyat şəraiti ilə maraqlanmaq və lazım olan təcrübəni tətbiq etməkdir.
Rəsmi statistikaya əsasən Əlil Qadınlar Cəmiyyətində 3 mindən artıq şəxs müxtəlif peşələrə cəlb edilib. Cəmiyyətin ölkənin 60-dan artıq regionunda nümayəndəliyi fəaliyyət göstərir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB