7-12 oktyabr tarixlərində AGAT-ın sədri Gülsel Səfərova Bakı Siyasi Bilimlər Məktəbi çərçivəsində "Demokratiya naminə Dünya Forum"-da iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdədir. AGAT-dan SİA-ya verilən məlumata görə, forumda ümumilikdə Avropa ölkələrindən 1500 nəfər nümayəndə olmaqla beynəlxalq təşkilatların rəhbərləri, Avropa Parlamentinin üzvləri də iştirak edir. Eyni zamanda, BMT-nin baş katibi Ban Ki-Mun tədbirin forumun açılışında iştirak edib.
Bu gün "Internet, yeni mediya ve demokratik təkamül" mövzusunda sessiya öz işinə başlayıb. AGAT sədri Gülsel Səfərova qeyd edib ki, Azərbaycanda 6-9 noyabrda beynəlxalq "İnternet İdarəçiliyi Forumu keçiriləcək. Bu Forumun Azərbaycanda keçirilməsi ölkəmizdə internetə, sosial və yeni mediaya olan dəstək kimi qiymələndirilir.
"Azərbaycanda azad internet vardır ve elə bir sayt yoxdur ki, ora giriş olmasın. Bu forumun Azərbaycanda keçirilməsi buna bariz nümunədir. Lakin Azərbaycan münaqişəli regionda yaşayır, bildiyiniz kimi ölkəmizin 20 faiz torpaqları işğal olunub. Belə bir şəraitdə ölkədə sosial media və yeni mediaya dəstək, marağı vardir. Lakin regionda sülh quruculuğu məsələlərinə diqqət artırılması vacib olduğundan yeni mediada da bu sahədə yollar araşdırılmalıdır" -deyə qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB