“Gənclik və azərbaycançılıq məfkurəsi”

“Gənclik və azərbaycançılıq məfkurəsi”

"Gənclik və azərbaycançılıq məfkurəsi" mədəni-kütləvi tədbirləri keçirilib

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın icra olunması və gənclərin vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci il sentyabr ayının 25-də Xaçmaz rayonunda, 26-da Quba rayonunda, 27-də isə Qusar rayonunda "Gənclik və azərbaycançılıq məfkurəsi" adlı təbliğat kampaniyası həyata keçirəcək. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfranslar və konfranslara həsr olunmuş konsert proqramları təşkil edilib. Tədbirlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, həmin rayonların millət vəkilləri, rayon (şəhər) icra hakimiyyətlərinin başçıları, müxtəlif gənclər təşkilatlarının rəhbərləri, əlaqədar idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər və tələbələr iştirak ediblər. Kampaniya zamanı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliğ edilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və çıxışlar dinlənilib.

Minlərlə gəncin iştirak etdiyi konsert proqramlarında respublikanın tanınmış incəsənət ustaları və gənc müğənnilər çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə