YAP fəalları ağacəkmə kompaniyasında

YAP fəalları ağacəkmə kompaniyasında

Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə YAP Daşkəsən rayon təşkilatı tədbirlər planı hazırlayıb. SİA-nın məlumatına görə, tədbirlər planına uyğun olaraq ilk partiya təşkilatlarında yığıncaqlar, dəyirmi masalar keçirilməsi, Yunan-Roma güləşi üzrə yarışların təşkili, Gəncə şəhərində keçiriləcək futbol yarışına Daşkəsən komandasının hazırlanması və bir sıra digər mühüm işlər nəzərdə tutulub.

Əlamətdar günün qeyd edilməsi ilə bağlı rayon təşkilatını təmsil edən bütün ilk partiya təşkilatlarında işgüzar əhval-rühiyyə, təşəbbüskarlıq davam etməkdədir. Belə ki, bu gün rayonun YAP fəalları şəhər daxilində və rayonun digər ərazilərində fəaliyyət göstərən məktəbəqədər uşaq tərbiyə müəssisələrinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bir sıra ümumtəhsil məktəblərinin həyətində iməciliklər təşkil edib, təmizlik səliqə-səhman işləri aparılıb, yüzlərlə meyvə və həmişəyaşıl ağaclar əkiblər. Həyata keçirilən ağacəkmə kompaniyasına YAP Daşkəsən rayon təşkilatının idarə heyəti rəhbərlik edib.

Tədbir iştirakçıları bu məqsəd üçün əvvəlcədən ciddi hazırlıq görüblər. İməcilik keçirilən yerlərdə əkilən ağaclara, yaradılmış səliqə-səhmana baxdıqca daxilən sevinc hissi keçirirsən. Məhəmməd Peyğəmbərin hikmətli bir kəlamı yada düşür : "Əgər bilsəniz ki, sabah yer kürəsini su alacaq, əlinizdəki ağac tingini torpağa basdırın."

Bütün xəbərlər Facebook səhifəmizdə