“Gənclik-Yaradıcılıq-İnkişaf”

“Gənclik-Yaradıcılıq-İnkişaf”

"Gənclik-Yaradıcılıq-İnkişaf" düşərgəsi öz işinə başladı

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclik-Yaradıcılıq-İnkişaf" düşərgəsi öz işinə başlayıb. Fonddan SİA-ya verilən məlumata görə, Masallı rayonunda təşkil olunan düşərgədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası və Milli Konservatoriyanın tələbələri iştirak edirlər. Düşərgənin açılış mərasimində layihənin rəhbəri Vüsal Bəkirov hər kəsi salamlayaraq tədbirin məqsədinin yaradıcı gənclər arasında şəbəkənin qurulması, təcrübə mübadiləsi, birgə layihələrin hazırlanması və həyata keçirilməsi olduğunu qeyd edib.

Qeyd edək ki, layihə 6-10 oktyabr tarixlərini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə