Bu gün Bakı şəhər Veteranlar Şurası Azərbaycan Milli Ordusunun ilk hərbi hissəsi olan 701 saylı briqadanın yaradılmasının 21 illiyini qeyd edib.
SİA-nın xəbərinə görə, tədbir veteranların müasir ordumuzun memarı, ulu öndərimiz Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanının ziyarəti ilə başlanıb. Mərhum prezidentimizi ziyarət edən müharibə veteranları işğal olunmuş rayonlarımızın azad olunması üçün əllərindən gələni əsirgəməyəcəklərinə and içiblər.
Tədbirdə şəhidlər bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra tədbirdə 701 saylı hərbi hissənin komandiri, Veteranlar şurasının sədri Əzizağa Qənizadə 701 saylı briqadanın yaradılma tarixi, keçdiyi döyüş yolları haqqında məlumat verib.
Sonda isə H.Əliyev adına AAHM 2012-ci il tarixli Elmi əsərlər məcmuəsi jurnalınının 1-ci nömrəsində dərc olunmuş elmi məqalə əsasında hazırlanmış filmin nümayişi olub.
Aydan Xanlarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB