Nə? Harada? Nə zaman? oyunu üzrə Tələbələrarası Azərbaycan Çempionatı təşkil olunacaq
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək Nə? Harada? Nə zaman? oyunu üzrə Tələbələrarası Azərbaycan Çempionatı təşkil olunacaq. Çempionatın keçirilməsində məqsəd xalqımızın tarixi və mədəniyyətinin təbliği, ana dilində intellektual oyunlar hərəkatının artıq güclü və dayanıqlı sosial hadisə olmasını təmin etməkdir.
Azərbaycan Çempionatının Təşkilat Komitəsindən SİA-ya verilən məlumata görə, turnirdə təhsilin təşkili formasından asılı olmayaraq bakalavr və magistr pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər. Çempionatın təşkilatçılarından olan Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov Azərbaycan Çempionatının seçim mərhələsi və finaldan ibarət olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Çempionatının seçim turları noyabrın 10 və 17-si, final mərhələsi isə 25 noyabrda təşkil olunacaq. Final mərhələsində 45 komandanın iştirakı nəzərdə tutulub.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB