Hesablama Palatasına yeni auditor təyin edildi

Hesablama Palatasına yeni auditor təyin edildi

Bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında bir sıra qərarlar qəbul edilib. SİA-nın xəbərinə görə, iclasda Hesablama Palatasına yeni auditor təyin edilib. Hesablama Palatasının tövsiyyəsi əsasında iclasda Fazil İbrahim oğlu İbrahimov ikinci dəfə auditor təyin edilməsi barədə qərar qəbul edilib.

İclasda çıxış edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası son illər fəaliyyətini aktivləşdirib. Onun sözlərinə görə, Maliyyə Nazirliyi sistemində uzun müddət işləyən və 2005-ci ildən Hesablama Palatasının əməkdaşı olan İbrahimov bu fəaliyyətə böyük töhfə verib. İclasda 7 il müddətinə seçilən yeni auditor F.İbrahimovun namizədliyi yekdillikə qəbul edilib.

Z.Səmədzadə bildirib ki, yaxın günlərdə Hesablama Palatası 2013-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri ilə bağlı öz rəyini verəcək və parlamentə təqdim edəcək: "Ümumiyyətlə, Hesablama Palatası son illər öz fəaliyyətini xeyli gücləndirib və işini daha səmərəli təşkil edib. Bu da çox müsbət haldır və təqdir olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə