Dövlət Qulluğu sisteminin beynəlxalq tərəfləri

Dövlət Qulluğu sisteminin beynəlxalq tərəfləri

10-11 oktyabr tarixlərində "Azərbaycanda Dövlət Qulluğu Sektorunda İslahatların Dəstəklənməsi" Azərbaycan-Almaniya layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) təşkilatçılığı ilə Bakıda "Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət qulluğunda səmərəliliyin artırılması" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Qurumdan SİA-ya verilən məlumata görə, tədbirin məqsədi Azərbaycan Respublikasında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi sistemi barədə məlumat vermək, beynəlxalq təcrübədə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı tətbiq edilən üsul və metodları, xidməti fəaliyyətin qiymətləndirilməsinin dövlət qulluqçularının karyeralarının inkişafında rolunu və bu sahədə mövcud olan problemləri müzakirə etməkdən ibarətdir.

Tədbirdə ABŞ, Almaniya, Avstriya, Belçika, Cənubi Koreya, Estoniya, Gürcüstan, Kanada, Litva, Moldova, Monqolustan, Monteneqro, Polşa, Rumıniya, Türkiyə, Ukrayna, Uqanda və Yaponiyanın dövlət qulluğu və inzibati idarəetmə sahəsində müvafiq qurumlarının, həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), BMT-nin İnkişaf Proqramının (UNDP), SIGMA və digər beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə