Gənclər və İdman Nazirliyi tərəfindən "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfranslar və konfranslara həsr olunmuş konsert proqramları təşkil edilib. SİA-nın xəbərinə görə, tədbirlər sentyabrın 25-i Xaçmazda, 26-sı Qubada, 27-si isə Qusar rayonunda "Gənclik və azərbaycançılıq məfkurəsi" adlı təbliğat kampaniyası çərçivəsində baş tutub.
Tədbirlərdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, həmin rayonların millət vəkilləri, rayon (şəhər) icra hakimiyyətlərinin başçıları, müxtəlif gənclər təşkilatlarının rəhbərləri, əlaqədar idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər və tələbələr iştirak ediblər. Kampaniya zamanı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliğ edilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və çıxışlar dinlənilib.
Minlərlə gəncin iştirak etdiyi konsert proqramlarında respublikanın tanınmış incəsənət ustaları və gənc müğənnilər çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB