Milli Məclisin deputatı Asim Mollazadə oktyabrın 10-dan 12-dək Brüsseldə səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, deputat Avronest Parlament Assambleyasının "Regional özünüidarəetmədə yerli hakimiyyətlərin rolu" mövzusunda keçiriləcək seminarda iştirak edəcək. Tədbirdə millət vəkilinin mövzu ilə əlaqədar çıxışı gözlənilir.
Asim Mollazadə səfər çərçivəsində "Avronest"in Belarus üzrə işçi qrupunun iclasına da qatılacaq. İclasda Belarusda seçkilərin nəticələri və ölkənin ümumu mənzərəsi barədə fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB