Millət vəkili konqresmenlə görüşüb

Millət vəkili konqresmenlə görüşüb

ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva bu şəhərdə keçirilən Türkidilli Ölkələrin Böyük İpək Yolu Festivalı çərçivəsində ABŞ Konqresinin üzvü xanım Sheila Jackson Lee ilə görüşüb. SİA-nın məlumatına görə, Sheila Jackson Lee ABŞ-da Türk dövlətlərinin və xalqlarının tarixini, mədəniyyətini, adət-ənənəsini, musiqisini, mətbəxini, fəlsəfə və düşüncəsini, keçmişilə bərabər bu gününü də özündə əks etdirən yüksək səviyyəli festival keçirməsinin çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bu kimi tədbirlərin xalqlar və dövlətlər arasında əməkdaşlığı daha da genişləndirdiyini deyən xanım Sheila Jackson Lee ABŞ ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin və əməkdaşlığın getdikcə daha da artmasını müsbət dəyərləndirib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə ABŞ arasında əlaqələrin və əməkdaşlığın getdikcə daha da artmasından məmnunluğunu ifadə edərək parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətlərini daha yaxından görmək üçün konqresin üzvü xanım Sheila Jackson Leeni Azərbaycana dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə