Bu gün Şərq-Qərb İdarəçilik İnstitutunun Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyətinin (SEDA) İctimai Vəkillik Bacariqlarının Qiymətləndirilməsi üzrə Eksperti Nikol Farnsvort, layihələr üzrə menecer Oleq Əmrahov "Qadın və Uşaqların Sosial İnkişafı" İctimai Birliyinin Xaçmaz rayonundakı filialında görüş keçiriblər. SİA-nın xəbərinə görə, görüşdə təşkilatın sədri Tünzalə Cavadova, xarici əlaqələr üzrə mətbuat katibi Səbinə Şirinova və bir qrup üzvü iştirak ediblər.
Qonaqlar təşkilatın fəaliyyəti, təcrübəsi, həyata keçirdiyi layihələr barədə geniş məlumat alıblar. O cümlədən, Farnsvort ictimai vəkillik (advokasi) ilə baglı praktik bacarıqların artırılması, istifadə olunacaq taktika və strategiyanın müəyyən edilməsi mövzusunda oz tövsiyyələrini verib.
Görüşdə qarşılıqlı əməkdaşlıq üçün bir sira tövsiyyələr verilib və bu əməkdaşlıqın gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB