Müvəkkil İstintaq Təcridxanasına baxış keçirib

Müvəkkil İstintaq Təcridxanasına baxış keçirib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasına baxış keçirib. SİA-nın xəbərinə görə, ombudsman orada saxlanılan şəxslərlə təkbətək görüşüb, onların saxlanılma şəraiti və vəziyyəti ilə tanış olub, həmin şəxslərə hüquqları izah edilib. Söhbət aparılan şəxslər istintaq təcridxanasında saxlanılma şəraiti ilə əlaqədar şikayətlərinin, müəssisə əməkdaşlarının onlara qarşı rəftarla bağlı narazılıqlarının olmadığını söyləyiblər. Onlar qida rejiminə əməl olunduğunu, müvafiq qanunvericiliyə uyğun olaraq gəzinti, həmçinin tibbi xidmətlər və dərman preparatları ilə müntəzəm təmin edildiklərini bildiriblər.

Təcridxananın ərzaq anbarına baxış zamanı ərzaqların keyfiyyətli və istifadə müddətinin yararlı olduğu, saxlanılan şəxslərə qidanın vaxtlı-vaxtında verildiyi müəyyən edilib. Ombudsman saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verib.

Bütün xəbərlər Facebook səhifəmizdə