Xruşşovkalar sökülməyəcək

"Bakıda "Xruşşovka"ların sökülməsi məsələsi hələlik gündəmdə deyil". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, "Xruşşovka"lardan əvvəl şəhərin ətrafındakı qanunsuz köhnə tikililərin sökülməsi məsələsi gündəmdədir: "Bir mərtəbəli tikililər olduğu halda, niyə "Xruşşovkaları sökməliyik? Kimsə belə şayiə yayıb. Bu barədə deyilənlər həqiqətə uyğun deyil".

Nazir müavininin sözlərinə görə, hazırda ölkə prezidentinin göstərişinə uyğun olaraq Yaponiya və Hollandiyadan gəlmiş mütəxəssislərlə birgə Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı ətrafındakı göllərlə bağlı ətraflı layihələndirmə işləri aparılır: "Ehtimal olunur ki, bu layihə ilin sonuna qədər təqdim olunacaq".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə