“BakuTel-2012” sərgisi

18-ci Azərbaycan beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" ("BakuTel-2012") sərgisi 2012-ci il noyabr ayının 6-dan 9-dək Bakı şəhərində keçiriləcək. "BakuTel-2012" sərgisinin platin sponsoru xüsusi yarımşəffaf nişanlar vasitəsi ilə qorunan poliqrafiya sənayesinin liderlərindən biri olan "EDAPS" konsorsiumudur. Qurumdan SİA-ya verilən məlumata görə, "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov bununla əlaqədar qeyd edib ki: "Beynəlxalq "BakuTel" sərgisinin tərəfdaşları arasında məşhur "EDAPS" konsorsiumunun da olması bizi sevindirir. Sərgidə bu cür fəal iştirak sayəsində "EDAPS" konsorsiumu Azərbaycan bazarına çıxmaq və öz həmkarları ilə ünsiyyət qurmaq üçün gözəl imkan əldə etmiş olacaq".

"EDAPS" konsorsiumunun prezidenti İrina Obıdenko isə öz növbəsində bunları bildirib: "Bizim "BakuTel" sərgisində iştirakımızın əsas məqsədi İT məhsullarını və xidmətlərini nümayiş etdirməkdir. "EDAPS" konsorsiumunun bu tədbirdə iştirakı Azərbaycanda xüsusi yarımşəffaf nişanlar vasitəsi ilə qorunan müasir poliqrafiya sənayesinin yaradılmasını təmin edən layihələrin inkişafı baxımından mükəmməl başlanğıc olacaq. Azərbaycanda öz nümayəndəliyini açmış konsorsium innovasiyalı texnologiyaların tətbiqi sayəsində dövlətin həyata keçirdiyi ən mühüm sosial və iqtisadi proqramların gələcək inkişafına imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə