Xaricdə təhsil alanlara müjdə

ASAIF vakansiyalar elan edir

ASAIF-in əsas prioritetlərdən biri gənclərin, xüsusilə xaricdə təhsil aldıqdan sonra vətənə qayıdan gənclərin işlə təmin olunmasıdır. Bu məqsədlə ASAIF dövlət qurumları və özəl sektor nümayəndəlikləri ilə əməkdaşlığa önəm verir və dövlətin qara qızılın insan kapitalına çevrilməsi siyasətinin formalaşmasında gənclərə faydalı olmağı vacib hesab edir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2012-ci il tarixli, 643 nömrəli fərmanına əsasən yeni yaradılmış Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə əsasən bu sahələr üzrə mütəxəssislər tələb olunur: mühəndislik və onun müxtəlif sahələri, iqtisadiyyat və idarəetmə, avtomatika-telemexanika, elektrotexnika, neft-kimya sənayesi və başqa sahələr.

İngilis və rus dillərini orta və ya yüksək səviyyədə bilən namizədlərə üstünlük verilir.

Kompüter proqramlarını (MS WINDOWS, MS OFFICE, INTERNET və s.) yüksək səviyyədə bilmələri tələb olunur.

İşə qəbul Dövlət Şirkəti tərəfindən yaradılmış komissiyanın apardığı müsahibə yolu ilə həyata keçiriləcək.

Müsabiqədə iştirak edəcək olan gənclərin CV - lərini [email protected] elektron ünvanına göndərmələri rica olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə