“İctimai Vəkillik" gənclərə nə vəd edir?

“İctimai Vəkillik" gənclərə nə vəd edir?

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və "Gənclər İnkişaf Naminə" İctimai Birliyinin təşkilatçılığı ilə "Sumqayıt Gənclərində Təşkilati Bacarıqların" artırılması layihəsi çərçivəsində 06-07 oktyabr 2012-ci il tarixində Sumqayıt şəhərində yerləşən "Park" restoranda "İctimai Vəkillik (Advokasi)" mövzusunda təlim təşkil edilib. SİA-nın məlumatına görə, təlimdə Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edib. Təlimdə çıxış edən layihə əlaqələndirici İsmayıl Kərimov layihənin mahiyyəti haqqında iştirakçılara məlumat çatdırıb.

İki günlük təlimdə SOS Uşaq Kəndləri Azərbaycan Milli Assosiasiyasının advokasi meneceri Günel Səfərova təlim iştirakçılarına advokasi anlayışı, məqsədi, uğurlu advokasi prosesində problemin təhlili, hədəf auditoriyanın seçilməsi, mesajların ötürülməsi, kampaniyalarda istifadə olunacaq strategiya və taktikanın müəyyən edilməsi advokasinin digər mərhələləri interaktiv metodla iştirakçılara çatdırılıb. Təlimdə gənclər qrup işləri vasitəsi ilə advokasi ilə bağlı praktiki bacarıqlar aşılanıb. Təlimin sonunda ümumi qiymətləndirmə aparıldı və təlimin təşkilatçıları ilə gələcək planlar müəyyənləşdirilib.

Təlim iştirakçılarına təlimlərdən sonra bütün layihə iştirakçıları ilə birgə görüləcək işlər haqqında məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə