7-12 oktyabr 2012-ci il tarixlərində AGAT-ın sədri Gülsel Səfərova Bakı Siyasi Bilimlər Məktəbi çərçivəsində "Demokratiya naminə Dünya Forum"-unda (DDF) iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdədir. AGAT-dan SİA-ya verilən məlumata görə, forumda ümumilikdə Avropa ölkələrindən 1500 nəfər nümayəndə olmaqla beynəlxalq təşkilatların rəhbərləri, Avropa Parlamentinin üzvləri də iştirak edəcək. Qeyd edək ki, BMT-nin baş katibi Ban Ki Mun forumun açılışında olacaq.
Forum çərçivəsində panellərdə demokratiya eksremizmə qarşı, yeni media və demokratik quruculuqla onun rolu, korrupsiyaya qarşı mübarizə, siyasi liderlik kimi mövzularda diskusiyalar aparılacaq.
AGAT sədri diskusiyalara qoşularaq mövzulara uyğun olaraq ölkəmizin uğurlu təcrübəsini bölüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB