Gəncədə Beynəlxalq Şərab Festivalı keçirildi

Gəncədə Beynəlxalq Şərab Festivalı keçirildi

Gəncədə ilk dəfə olaraq Beynəlxalq Şərab Festivalı keçirilib. Festivalda qonaqlara əsasən yerli - Azərbaycan şərabları təqdim olunub. Xarici şərab istehsalçıları arasında ən çox fransız məhsulları təqdim olunub.

Festivalda Ümumdünya Şərabçılıq Təşkilatının rəhbəri, Fransanın Azərbaycandakı səfiri, diplomatik korpusların nümayəndələri, eyni zamanda yerli iş adamları iştirak edib. Dequstasiya üçün yerli və xarici sortlardan hazırlanmış müxtəlif növdə və dadda şərab məhsulları iştirakçılara təqdim olunub.

Fransalı qonaq Pepenie Qonta şərabı daddığını, hər sortun aroması və tipikliyini, özünəməxsus xarakterini təyin etdiyini bildirib. Xarici şərab növlərinin Azərbaycan torpağında özünə yer tapdığını, şərabların həqiqətən də əla keyfiyyətdə olduğunu vurğulayıb.

Azərbaycanın qərb bölgəsində istehsal olunan şərab məhsulları əsasən yerli bazar üçün istehsal olunur. Xarici bazarlar arasında isə məhsullar daha çox Rusiya və Şərqi Avropada rəğbət qazanıb.

Azərbaycandan olan şərabçı Əsgər Əlirzayev keyfiyyətin yüksək olması üçün əllərindən gələni etdiklərini, Tokio, Odessa festivallarında şərablarımızın layiqli yerlər tutuqlarını deyir. O, qeyd edib ki, zamanla keyfiyyət daha da yüksələcək.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönie bildirib ki, Azərbaycan şərablarını Fransada elə də tanımırlar: Amma Azərbaycanın Fransadaki səfiri belə bir festivallar təşkil etmək niyyətindədir: "Fransa şərabları Azərbaycanda çox bahadır. Bunun üzərində işləmək lazımdır. Bu sahədə elə də proqress olduğunu demək olmaz".

Qeyd edək ki, şərab festivalında şərabçılığın incəsənətin müxtəlif növləri ilə rəssamlıq, musiqi, memarlıq, ədəbiyyat və Azərbaycanın tətbiqi xalq yaradıcılığı ilə əlaqəsini görmək mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə